“Zəfəroğlu”nun 6 dil bilən satış müdiri müştəriləri necə aldadıb? - Pulu alıb xərclədi...

İQTİSADİYYAT
12:03 / 31.10.2022
1514
Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Collezione İtaly” adlı mağazada satış meneceri, "Zəfəroğlu” şirkətində mebellərin satışı şöbəsində müdir vəzifəsində işləyən şəxs həbs edilib.
 
Qaynarinfo-nun məlumatına görə, onun həbsinə səbəb şirkətin adından müştərilərdən aldğı pulu mərc oyunlarında uduzması olub. 
8 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, ailəli, ali təhsilli, 6 dil biliyinə malik olan Orxan (şərtidir) adlı şəxs sözügedən şirkətlərdə 2020-ci ilin noyabr ayından çalışmağa başlayıb. 
 
"Zəfəroğlu” şirkətində vəzifəsi müştərilərlə danışıqlar aparmaq, onlardan ödənişi aldıqdan sonra isə kassaya ödəməkdən ibarət olub. O, 2021-ci ilin iyun ayına qədər "Zəfəroğlu” şirkətində çalışıb və işlədiyi müddət ərzində rəhbərliklə aralarında hər hansı bir problem olmayıb.
 
 
2021-ci ilin may ayının sonlarında şirkətdə olan zaman Dəmir adlı müştərinin evinə mebellərin hazırlanması tapşırığı rəhbərlik tərəfindən ona verilib. Orxan dərhal şirkətin işçiləri olan dizaynerlərlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki bağ evinə gedib. Bağ evində olan zaman dizaynerlər evə yerləşəcək mebellər üçün müvafiq layihələri ev sahibinə təqdim edib və bu işlər üçün ümumilikdə 120 min manat vəsait hesablanıb. Bir müddət keçdikdən sonra Dəmir onunla və şirkət rəhbərliyi ilə telefonla danışarkən bildirib ki, ödəməli olduğu 120 min manatın 60 min manatını birdəfəyə ödəyə bilmədiyinə görə ödənişi hissə-hissə edəcək. Şirkət rəhbərliyi olununla razılaşıb və hər şey də bundan sonra başlayıb.
 
Orxan 2021-ci ilin iyun ayının ortalarında Dəmir adlı şəxsdən 10 min manat pul alaraq şirkətin kassasına köçürüb. Bir neçə gün sonra yenidən Dəmir adlı şəxs ilə həmin ünvanda görüşərək bu dəfə ondan 20.000 (iyirmi min) manat pul alıb. Həmin gün Türkiyə və Uels futbol komandalarının oyunu olmuşdur. O, borclarından, eyni zamanda boşandığı xanımının alimentindən yaxa qurtarmaq üçün həmin pulu mərc oyuna qoyaraq qazanmağə düşünüb. Orxan mərc oyununda udacağı təqdirdə əsas məbləği, yəni Dəmir adlı şəxsdən aldığı 20.000 (iyirmi min) manat pulu geri kassaya köçürməyi, qalan pulları isə aliment və digər borclarını ödəməyi planlaşdırıb. 
 
Bu səbəbdən Dəmir adlı şəxsdən pul almağı barədə heç kəsə məlumat verməyərək həmin məbləği mərc oyunlarına yatırdıb. Lakin bəxti gətirməyib və pulları uduzub. Səhəri gün yenidən Dəmir adlı şəxs onunla əlaqə saxlayaraq üstündə bir qədər pul olduğunu, həmin pulu da ona verməsini istədiyini bildirib. Onlar təxminən günorta saatlarında "Babək” plazanın qarşısında görüşüb. Orxan görüş əsnasında Dəmirdən 5.000(beş min) manat pul alaraq sonuncuya narahat olmamasını və pulu kassaya keçirəcəyini bildirib. 
 
Lakin Orxan həmin məbləği də mərc oyunlarına yatırdaraq uduzub. 
 
 
Bir müddət keçdikdən sonra işlədiyi şirkətin direktoru Şahin adlı şəxs ondan Dəmir adlı şəxsin ona pul verib verməməsini soruşub. O, Şahinə Dəmirin 10.000 manat pul verdiyini, qalanını isə gələcək günlərdə verəcəyini deyib. Lakin, Şahin ona Dəmirlə danışdığını və müştərinin 35.000 (otuz beş min) manat verdiyini deyib. Orxan isə Şahinə Dəmirin pulu onun kartına köçürdüyünü lakin, kartdan çıxara bilmədiyini deyərək vaxt qazanmağa çalışıb. Təxminən bir neçə gün keçdikdən sonra Şahin ona yenidən yaxınlaşaraq nə üçün yalan dediyini və onun yenidən Dəmir ilə danışdığını və Dəmirdən onun pulu əlbəəl aldığını deyib. Orxan yalanlarının üzə çıxdığını görərək Şahinə baş verənləri danışıb. Həmçinin vəd verib ki, pulları 01 iyul 2021-ci il tarixdə kassaya geri qoyacaq. Lakin Orxan vədinə əməl edə bilməyib.
 
Bununla yanaşı, "Zəfəroğlu” şirkətində işləyən zaman şirkətin əvvəlki müştərilərindən olan və Qazağıstan respublikasında yaşayan Qaşqay adlı şəxsin mənzilinin təmir olunması üçün şirkət ilə müqavilə bağlanıb. 
 
Müqavilənin bağlanmasına əsasən ilkin ödəniş olaraq Qaşqayın qardaşı ona 25.500 (iyirmi beş min beş yüz) manat pul ödəyib. 2021-ci ilin may ayının sonlarında onunla görüşərək sonuncudan həmin pulu "Babək plaza”-nın qarşısında alıb. Həmin pulun 12.500(on iki min beş yüz) manatını ilkin ödəniş olaraq Qaşqay adlı şəxsin mənzilinə "Santral Elektrik”dən sifariş verdiyi təmir materialları üçün ödəyib, qalanını isə həmin gün axşam digər borclarını ödəmək və artıq pul qazanmaq məqsədi ilə yenidən mərc oyunlarına yatırdıb. Lakin həmin pulu da uduzub. 
Bu barədə nə şirkət rəhbərliyinə, nə də ki, ev yiyəsinə bir söz deyib. 
 
Daha sonra isə təxminən 2021-ci ilin iyun ayının ortalarında Qaşqayın qardaşı yenidən onunla əlaqə saxlayaraq ona 36.000(otuz altı min) manat pul verib. Orxan müştərinin qardaşının ona verdiyi 36.000 manat pulun 23.500 (iyirmi üç min beş yüz) manatını "Rubi mebel” dən Qaşqay adlı şəxsin mənzili üçün sifariş verdiyi 47.000(qırx yeddi min) manatlıq santexnika materialları üçün 50 faiz olaraq ilkin ödəniş edib. Qalan pulu isə yenidən əlavə gəlir əldə edəcəyi arzusu ilə mərc oyunlarına yatırdaraq uduzub. O, sonuncu dəfə Qaşqayın qardaşından 27.000(iyirmi yeddi min) manat pulu alaraq həmin məbləği də mərc oyunlarında uduzub. 
 
 
29 iyun 2021-ci il tarixdə əvvəl işlədiyi "İtalian Collezione” şirkətinin müştərisi Nigar adlı xanım ona "Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səs göndərərək antikvar qab gətirmək üçün Dağıstanda tanışı olub-olmamasını soruşub. O, Nigara tanışının olmasını və nə lazımdısa ona bildirməsini deyərək bu yolla xanım müştəridən 2900 manat pul alıb. Daha sonra isə mobil telefon nömrəsini dəyişib. 
 
Məhkəminin qərarı ilə təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
 
0