Cəmil Məmmədli studiya açdı: "İnternet televiziyası kimi fəaliyyət göstərəcək"

ÖLKƏ
11:38 / 05.11.2022
1030

Araşdırmaçı jurnalist Cəmil Məmmədli Xaçmazda studiya açıb. 

Bu barədə Qaynarinfo-ya jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, şimal bölgəsində yaşanan problemləri işıqlandırmaq üçün belə bir studiyaya ehtiyac var idi:

“Mən əvvəllər də şimal bölgəsinin problemləri ilə bağlı çəkilişlər edib, “Facebook” səhifəmdə yaymışam. Hansı media qurumu üçün maraqlı olubsa, həmin materialı tirajlayıb. İndi isə artıq studiya var və biz özümüz materialları qısa film şəklində, yaxud əhatəli material kimi hazırlayıb “YouTube” kanalımız üzərindən yayacağıq. Yəni, studiya faktiki olaraq internet televiziyası kimi fəaliyyət göstərəcək.

Bu gün media quruluşların əhəmiyyətli hissəsi Bakıda cəmləşib və əsasən paytaxtın problemlərinə fokuslaşıb. Əyalətlər isə demək olar ki, yaddan çıxıb. Ona görə də belə bir layihəyə ehtiyac var idi və biz bunu etdik”.

0