Son sutkanın yoluxma statistikası

ÖLKƏ
16:34 / 08.11.2022
653

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, hazırda 266 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2375, bu günə qədər isə ümumilikdə 7 336 115 test icra olunub.

Ötən gündə koronavirus əleyhinə 72 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 24, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

0