Bu avtomobillərin qiyməti xeyli bahalaşıb - Səbəb nədir?

İQTİSADİYYAT
13:49 / 09.11.2022
913

Avropanın işlənmiş avtomobil bazarında kəskin artım müahidə edilir. Avropadakı bahalaşma Azərbaycana da təsirsiz ötüşmür.

Avtomobil bazarları üzrə araşdırmaçı Sərxan Qədirov deyib ki, həm Avropadan sifarişlə gətirilən, həm də daxili bazarda satılan "ikinci əl" nəqliyyat vasitələrinin qiyməti xeyli artıb.

Onun sözlərinə görə, bahalaşma həmçinin hibrid və elektromobillərdə də özünü göstərir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, "ikinci əl" nəqliyyat vasitələrinin qiymətinin artması həmin maşınların istehsalının azalması ilə bağlıdır.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

1