Süleyman Soylu: "ABŞ-ın başsağlığını qəbul etmirik"

DÜNYA
12:47 / 14.11.2022
942

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasa idi, bu gün Yunanıstana qaçacaqdılar.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıblar.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

“ABŞ-ın başsağlığını qəbul etmirik”, - nazir vurğulayıb.

0