Qlobal Sahibkarlıq həftəsi çərçivəsində “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının Bakı klubunun (“Skal Bakı”) növbəti 26-cı toplantısı keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbir Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının təşkilatçılığı ilə reallaşıb.
Toplantıda “Skal Bakı” klubunun sədri Ceyhun Aşurov 2008-ci ildən hər il noyabrın 3-cü həftəsi olaraq, dünyanın 160 ölkəsində , eləcə də Azərbaycanda “Qlobal Sahibkarlıq Həftəsi” kimi qeyd edildiyini deyib:
“Təbiri keçirməkdə əsas məqsədimiz turizmçiləri bir araya yığmaqdır. Sahibkarlıq mənim üçün dəyər yaradan bir fəaliyyət növüdür. Sahibkarlar bütün çətin vəziyyətlərdən öz ideyaları ilə ayaqda durmağı bacaran şəxslərdir və onlar dövlət tərəfindən də xususilə dəstəklənir. Ölkəmizdə Azərbaycan Sahibkarlar Konfederasiyası özündə 6000 -ə yaxın biznes subyektlərini birləşdirir və 70-ə yaxın Assosiativ üzvü var. Sevindirici haldır ki, ölkəmizdə sahibkarlıq fəaliyyətində bir şəffaflıq məsələləri gündəmdədir və yersiz müdaxilələrin qarşısı alınmaqdadır”.
Ceyhun Aşurov son dövrlər dünyada baş verən hadisələrin ilk növbədə turizmə təsir etdiyini də vurğulayıb:
"Xoşbəxtlikdən turizm sənayesi özünü tez bərpa edə bilən bir sahədir . Pandemiyalardan, bütün iqtisadi böhranlardan, müharibələrdən sonra ilk özünə gələn sahə də məhz bizim təmsil etiyimiz turizm sahəsidir. “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatı elə bir təşkilatdır ki, dünyada turizm sahəsində olan bütün peşəkarları bir araya yığır .Beynəlxalq təşkilat olaraq, 85 ölkədə mövcuddur və 311 klubda 13 mindən çox turizm peşəkarını birləşdirir. Bu geniş bir şəbəkədir və bizə də imkan verir ki, biz də Azərbaycan turizmini bu şəbəkə vasitəsilə dünyaya tanıda bilək, ölkəmizin təbliğatını daha da güçləndirək”.
Qeyd olunub ki, statistikaya görə 2019-cu ildə dünyada qlobal olaraq 1,5 milyard insan səyahət edib. Pandemiyadan sonra səyahət edənlərin sayınıın getdikcə artacağı , dünya turizmi özünü 70 faiz bərpa edəcəyi gözlənilir.
Tədbirdə həmçinin , Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev çıxış edib:
“Turizm sahəsində hədəflərimiz böyükdür. Bu il Qarabağ , Zəngəzur, işğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq , bərpa dövrünü yaşayırıq. Təbii ki, biz hamımız öz çalışdığımız sahədə fəaliyyət dairəmizi genişləndirib, öz işimizlə, əməlimizlə xalqımıza xidmət etməliyik.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə qeyd edib ki, hər bir azərbaycanlı kimi məni də ən çox düşündürən Qarabağın bərpası işləridir. Arzumuz budur ki, tezliklə biz də bu yerlərə turistlərimizi gətirək və onlara tarixi və milli ənənələrimizi göstərə bilək”.
Zeynalov Azərbaycanda sahibkarlığın yaşının gənc olduğunu deyib və sayının cox olması üçün sahibkarlığın təbliğ olunmasının vacibliyini söyləyib.
“Skal Baku” klubunun üzvlərindən Tərlan Quliyev , Əziz Şiriyev, Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının rəhbəri Göydəniz Qəhrəmanov da turizm sahəsində görülən işlərlə yanaşı, mövcud problemləri də qeyd ediblər.
Gülnarə Əmirqızı