DTX Fərhad Əhmədovun Göyçaydakı evində və obyektlərində axtarış apardı - Milyarder həbs olunub?

ÖLKƏ
18:57 / 18.11.2022
993

Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır.

APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.

Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

0