Ailə həyatı quran cütlüklər dərhal uşaq haqda düşünməsin - Kəmalə İsayeva bu şəxsləri qınadı

ÖLKƏ
09:00 / 23.11.2022
1474

"Ağıllı qadından dünyaya gələn uşaq daha fərqli olur".

Bunu Hit.az-a açıqlamasında "EL Amor" Estetik Klinikasının həkimi Kəmalə İsayeva deyib.

Onun fikrincə cütlüklər bir-birini yaxşı tanıyandan sonra uşaq haqda düşünməlidirlər:

"Uşağı dünyaya gətirəndə ağıllı qadından gətirmək lazımdır. Çünki bir uşağın insan kimi formalaşmağında ananın böyük rolu var. Bir qadın yalnız döl artırmaqla xoşbəxt olmalı deyil. Qadın ana olmazdan əvvəl onun ailəsi sağlam olmalıdır. Bir sözlə qadınlara əşya kimi davranılmamalıdır. Bizim Azərbaycan mentalitetinə görə, evlilik oldusa növbəti ay hamı hamilə olduğunu soruşur. Mən şəxsən tam əksini düşünürəm. Gənclər bir-birini yaxşı tanıyıb uyğunlaşmalıdırlar, sonra uşaq haqda planlar qurulmalıdır. Əlbəttə ki, qadının ən böyük xoşbəxtliyi onun ailəsi və övladlarıdır. Amma yenə də cütlüklərin zamana ehtiyacı var. Bəzən elə ailələr var ki, xanımı ona 3-5 övlad verib, amma qadın xoşbəxt deyil".

Xəyal Abdullayev

0