"Şagirdlərimlə yaxın olmağa çalışıram ki, onlar hər problemlərini mənimlə bölüşsünlər" - Mirvari Rüstəmova ilə müsahibə
ÖLKƏ
10:10 / 01.12.2022
7975

"Əsl müəllim onun nəticələrindən, tələbələrinin uğurundan bəllidir. Əsl müəllim olmaq üçün ilk bu peşəyə aşiq olmalısan".

Bunu Hit.Az-a müsahibəsində "Miracle Academy" Tədris Mərkəzinin İngilis Dili müəllimi Mirvari Rüstəmova deyib.

Həmsöhbətim əsl, peşəkar müəllim olmağın asan olmadığını etiraf edir.

- Mirvari xanım, bu peşəni niyə seçmisiniz?

- Əslində əsl sənətim tərcüməçidir, bu ikinci təhsilimdi. Mən dərs müddətində hər şeyi unuduram, peşəmi çox sevirəm.

- Müəllim olmaq asan deyil, düzdür?!

- Əsl, peşəkar müəllim olmaq asan deyil.

- Əsl müəllim olmaq nə deməkdir və ya əsl müəllim olmaq üçün nələr etmək lazımdır?

- Əsl müəllim onun nəticələrindən, tələbələrinin uğurundan bəllidir. Əsl müəllim olmaq üçün ilk bu peşəyə aşiq olmalısan.

- Şagirdlərinizlə söhbət zamanı daha çox nələrə diqqət edirsiniz?

- Şagirdlərimlə yaxın olmağa çalışıram ki, onlar hər problemlərini mənimlə bölüşsünlər, çəkinməsinlər.

- Uzun illərdir təcrübəsi olan müəllim kimi həmkarlarınıza nə demək istəyərsiniz?

- Nəticə əldə etmək üçün nə qədər səbirsiz davransaq da,  həmkarlarıma səbirli olmağı məsləhət görürəm.

- Nə vaxtsa sahənizi dəyişmək istəmisinizmi?

- Başqa sahədə özümü təsəvvür belə edə bilmirəm.

- Mirvari xanım hazırda istədiyi yerdədirmi?

- Bundan da yüksəklərdə olmalıyam, deyə düşünürəm.

- Tədris planında nəyə daha çox üstünlük verirsiniz? Nəzəriyyə, yoxsa praktikaya?

- İngilis dilində həm nəzəri, həm də praktiki önəmlidir.

- Tələbələrinizin dərsə olan həvəsini artırmaq üçün nə edirsiniz?

- Onlara gələcəkdəki həyatlarının nə qədər dəyişəcəyini daha yüksəklikdə olacaqlarını təsəvvür etmələrini deyirem, bu da onlara stimul verir.

- Gələcəyə olan planlarınız haqqında danışa bilərsinizmi?

- Gələcəkdə sahəmdə ən birinci olmağı nəticələrimin Azərbaycanın dörd bir yanına yayılmağını arzu edirem ki, bu da qarşımdakı məqsədimdir.

- Şagirdlərinizə verə biləcəyiniz məsləhət, deyəcəyiniz bir sözünüz var?

- Bəzən səbirsiz, hirsli-acılayıcı ola bilirəm bu da onlar üçün nə qədər həyəcan keçirtdiyim üçündür. Əziyyətimi və əziyyətlərini yerdə qoymamalarını tövsiyə edirəm.

Xəyal Abdullayev

11