Bahalaşmaya qarşı hansı tədbirlər görülüb? - VİDEO

İQTİSADİYYAT
17:15 / 09.12.2022
801

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında bahalaşmaya qarşı hansı tədbirlərin görüldüyünün detallarını açıqlayıb.

O qeyd edib ki, növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılıb. Bunun üçün 625 milyon manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

“Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsindən 180 milyon manat nəzərdə tutulub”, - deyə baş nazir əlavə edib.

0