Yevlaxda futbol hakimləri qəzaya düşüblər. Ağır yol- nəqliyyat hadisəsi Mingəçevir -Bəhramtəpə yolunun rayonun Tanrıqulular kəndindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri dünyasını dəyişib, 5 nəfər isə xəsarət alıb.
Məlumata görə, hakimlər 1-ci divizionda "Mingəçevir" və "Qaradağ -Lökbatan" komandaları arasındakı oyunu idarə etdikdən sonra Bakıya qayıdırmışlar. Hər iki faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: