“Yüksəliş”in iştirakçısına yüksək vəzifə verildi

İQTİSADİYYAT
15:33 / 12.12.2022
1127

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom”) rəhbərliyinə yeni təyinat olub.

"Report”un əldə etdiyi məlumata görə, şirkəin baş direktoru vəzifəsinin icrası Elçin Niyazova həvalə edilib.

1986-cı il təvəllüdlü E.Niyazov həm də "Azeronline” MMC-nin baş direktoru, "Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

"Baktelecom"un keçmiş baş direktoru Nail Mərdanov ötən həftə nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin rəhbərliyinə gətirilib.

0