Məleykə Abbaszadənin 80 minlik yemək servisi - DİM-in işçiləri evə getmir?

İQTİSADİYYAT
13:53 / 17.12.2022
1503

Dövlət İmtahan Mərkəzi (DİM) “Yuni Servis” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 81 809.4 AZN təşkil edən müqavilədə yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması nəzərdə tutulur. 

Tenderin şərtlərindən məlum olur ki, “Yuni Servis” MMC DİM üçün səhər, nahar və şam yeməyi hazırlayacaq. Bunun hansısa tədbir üçün nəzərdə tutulub-tutulmadığı bəlli deyil. Hətta tədbir üçün nəzərdə tutulmuş olsa belə, şam yeməyinin siyahıya əlavə olunması başa düşülmür. Ortaya sual çıxır: Hansı əhəmiyyətli tədbirdir ki, şam yeməyinə qədər davam edəcək.

Bir qədər də “Yuni Servis” MMC haqqında. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 24 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Manafov Rauf Əhməd oğludur. O, həm də şirkətin direktorudur.

“Yuni Servis”MMC 15 ildir fəaliyyət göstərməsinə baxmyaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonları, nə veb-səhifəsi var.

Rauf Manafova gəlincə, Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvüdür. Bundan başqa, onun haqqında hər hansı məlumat yoxdur. 

DİM-in sədri Məleykə Abbaszadədir. O, 1994-2000-ci il illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini, 2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ildə TQDK-nın bazasında DİM yaradılıb və Məleykə Abbaszadə qurumun Direktorlar Şurasının sədri təyin edilib. Beləliklə, xanım Abbaszadə faktiki olaraq 22 ildir ki, sədr vəzifəsini daşıyır. 

1