“BİRİNCİLƏR” layihəsi avtomobil sponsorundan imtina etdi - FOTOLAR

ÖLKƏ
23:10 / 19.12.2022
1120

Youtube platformasında maraqla izlənilən yerli layihələrdən biridə tanınmış produser, bir çox dünya ulduzlarının Azərbaycanda konsertlərinin təşkilatçısı  Samir Xəttabın müəllifi və aparıcısı olduğu “BİRİNCİLƏR” layihəsidir.

Layihəni gözümüzdən qaçırmamağızın səbəbi çoxdur. Amma ən əsas məqam verilişin avtomobildə çəkilməsidir. Aparıcı qonağını öz avtomobilində qəbul edir və onunla aktual mövzülar barədə söhbət aparır. Layihənin özəlliylərindən biridə  onun qonaqlarının müxtəlif sahələrdən olan şəxslərdən ibarət olmasıdır. Müxtəlif peşə sahibləri ilə yol yoldaşı olan Samir Xəttab verilişinə sponsor qəbul etmir. Səbəbini  isə layihə rəhbəri  belə izah edir:  Layihənin əsas göz önündə olan fiquru avtomobildir.

Bəzi avtomobil salonlarına müraciət etdim. Cavabında isə onların nümayəndələri məndən layihəyə aidiyyatı olmayan hesabatların istəməsi oldu. Bir avtomobil dilerinin rəhbər şəxsi  isə Youtube-da olan layihənin hansı tezlik üzərindən yayımlanmasını bilmək istəməsi məni çox təəccübləndirdi. Axı bu youtube-dir , TV və ya Radio deyil. Ondan sonra özümə söz  verdim daha heç kimə müraciət etməyim. Hətta bacardıqca avtomobil tərəfdaşı götürməyim. Öz büdcəm ilə layihəni davam etdirim. Bu  yaxınlarda isə PR COMPANY şirkəti layihənin reklam hüquqlarını almaq barədə təklif irəli sürüb. Gözlüyürəm görüm nə olur deyə Samir Xəttab qeyd etdi.

Xatırladaq ki, adı çəkilən PR COMPANY şirkətinin sahibi  Azərbaycan Avtomobil Dilerləri Asossasiasının icraçı direktoru Eyyub Əliyevdir. Eyyub Əliyev bu yaxınlarda “BİRİNCİLƏR” layihəsinin qonağı olub.

0