Prezident iki sərəncam imzaladı

SİYASƏT
13:17 / 24.12.2022
1260
Azərbaycan ilə Rusiyanın Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşib.
 
HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
"Komissiyanın həmsədri
Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Mustafayev
 
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
 
Azərbaycan Respublikasının səhiyyə naziri
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
 
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
 
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
 
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.”.
 
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamla edilən dəyişiklik barədə Rusiya Federasiyasının Dağıstan Respublikası tərəfinə bildiriş göndərsin.
 
***
 
Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
"Komissiyanın həmsədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri”.
 
Xarici İşlər Nazirliyinə tapşırılır ki, bu Sərəncamla edilən dəyişiklik barədə Rusiya Federasiyasının Tatarıstan Respublikası tərəfinə bildiriş göndərsin.
 
0