Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

ÖLKƏ
09:55 / 02.01.2023
757

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən HİT.az-a bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alması zamanı baş verib.

Nəticədə o, yaralanıb. Dərhal Ülfət Bənnayevə ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

0