Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sabiq sədri Azər Əliyevə vəzifə verib.
Qaynarinfo-nun məlumatına görə, nazirin 10 yanvar 2023-cü il tarixli müvafiq əmri ilə Azər Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azər Əliyev 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər” DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter” Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası”nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib.