Son sutkanın koronavirus statistikası

ÖLKƏ
16:36 / 12.01.2023
746

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 528 nəfər müalicə olunaraq sağalıb, 10 037 nəfər vəfat edib, aktiv xəstə sayı 570 nəfərdir.

Ölkədə son sutka ərzində 2 024, hazırkı dövrədək isə 7 451 931 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 351 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 90, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 936 461, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 399 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 074, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 129, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 869 nəfər təşkil edir.

0