İki İcra Hakimiyyətində maliyyə pozuntuları aşkarlandı, Baş Prokurorluğa müraciət edildi

İQTİSADİYYAT
16:55 / 13.02.2023
1228

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.

Bu barədə HİT.az-a Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı isə Rafil Hüseynovdur.

0