Tanınmış teleaparıcı Aytac Bayramzadə Türkiyədəki fəlakətən danışarkən göz yaşlarını saxlaya bilmədi - FOTO

ÖLKƏ
16:11 / 16.02.2023
902

"Dağıntılar altından onlarla körpələrin cansız bədəninin çıxarılıdığını gördükcə ürəyim dağa dönür". 

Bunu Hit.Az-a açıqlamasında tanınmış teleaparıcı Aytac Bayramzadə deyib.

O, Türkiyədə baş verən əsrin fəlakəti barədə danışarkən göz yaşlarını saxlaya bilmirdi. 

"Qardaş Türkiyənin 10 vilayətində baş vermiş təbii fəkakət nəticəsində minlərlə insanın həlak olması, çoxlu sayda insanların yaralanması, evsiz-eşiksiz qalması doğurdan da çox dəhşətli bir faciədir. Bu xəbər təkcə məni yox, türk dünyasını çox sarsıtdı. Qardaş ölkədə ölü sayı hər dəqiqə, hər saniyyə artır. Zəlzələ qurbanları və zərərçəkənlər üçün ürəyim yerindən çıxır. Hətta elə olur su belə içməkdə çətinlik çəkirəm, boğazım düyünlənir", - deyə o, hisslərini ifadə etməkdə çətinlik çəkərək bir anlıq sükuta qərq oldu. 

A.Bayramzadə bu hadisədən çox sarsıldığını vurğuladı:

"Türkiyə də bizim xalqımızdır. Biz, iki dövlət, bir millətik. Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə də ortaya qoydu. Zəlzələ xəbərindən dərhal sonra Azərbaycan xalqı bir nəfər kimi öz qardaşının harayına qaçdı. Hər kəs gücü yetdiyi qədər qardaş ölkəyə yardım aparmağa tələsirdi. Bunu görmək məni çox qürurlandırdı. Hətta izləyərkən gözlərim dolurdu. Xalqımızla fəxr edirəm. Doğurdan da, altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu Türkiyəyə göndərən Azərbaycan vətəndaşı idi. Bəli, çünki bizim qan bağımız var, biz qardaşıq".

0