İş xanımı Təranə Heybətova "Evdə qalmş" filminin qala gecəsində - FOTOLAR

ÖLKƏ
23:25 / 17.02.2023
2365

Həkim-endokrinoloq, iş xanımı Təranə Heybətova (Rita Rish) “Park Cinema” Alov Qüllələrində “Evdə qalmış” filminin təqdimatına qatılb.

Hit.Az xəbər verir ki, o, bir çox tanınmışlarla səmimi fotolar çəkdirib.

"“Evdə qalmış” filminin təqdimat mərasimində bir çox tanınmış simalarla söhbətlərimiz oldu. Filmdə rol alan aktyor heyyəti sevdiyim, izlədiyim şəxslərdir. Amma təəssüf ki, filmi izləmək qismət olmadı. Eyni gündə bir neçə tədbirə dəvət almışdım deyə tez çıxası oldum. Amma bir gün mütləq gəlib izləyəcəm. Bütün heyyətə uğurlar arzu edirəm. Dəvət üçün  “Park Cinema”ya təşəkkür edirəm", - deyə o, deyib.

Qeyd edək ki, “Park Cinema” Alov Qüllələrində “Evdə qalmış” filminin təqdimatı keçirilib. Gecədə filmin baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Sanura Cəfərova, Kənan Yusifov və başqaları iştirak edib.

0