Gəncədə evdə müğənni və rəqqasənin meyitləri aşkarlandı

ÖLKƏ
14:49 / 19.02.2023
754

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

APA-nın xəbərinə görə, 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlu və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.

0