Yoluxma statistikası açıqlandı

ÖLKƏ
17:21 / 24.02.2023
607

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10 114 nəfər vəfat edib, aktiv xəstə sayı 154 nəfərdir.

Ölkədə son sutka ərzində 1 205, hazırkı dövrədək isə 7 519 926 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 396 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 948 332, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 784, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 977, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 579 nəfər təşkil edir.

0