Azərbaycanda ən çox nikah bu şəhərlərdə qeydə alınır

ÖLKƏ
10:41 / 25.02.2023
722

Azərbaycanda ən çox nikahın qeydə alındığı şəhərlərin beşliyi açıqlanıb.

Bu barədə "Qafqazinfo”nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən (ƏN) məlumat verilib.

Rəsmi məlumata görə, 2022-ci ildə qeydiyyat orqanlarında 61.930 nikah dövlət qeydiyyatına alınıb.

Bildirilib ki, say baxımından ilk beşlikdə daha çox nikah Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə Bərdə və Quba rayonlarında qeydə alınıb.

0