Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Yardımlıya yeni polis rəisi təyin edib.
Bakupost.az -ın məlumatına görə, nazirin əmri ilə bu vəzifə Sumqayıt şəhər Polis İdarəsinin Əməliyyat İşləri üzrə rəis müavini, polkovnik-leytenant Rauf Babaşova tapşırılıb.
Qeyd edək ki, ötən gün Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat vermişdik.