Deputat: "Dinə gəlməyimdə Hacının çox böyük rolu var idi" - VİDEO

ÖLKƏ
14:56 / 02.03.2023
1146

"Danışmaq çox ağırdır, insan ölümü var ki, kiminsə evindən gedir. Amma ölüm də var ki, eldən gedir. Hacı Şahin eldən getdi". 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Hacı Şahin Həsənli ilə vida mərasimində iştirak edən Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

O deyib ki, Hacı Şahinin itkisini qəbul etmək çox çətindir:

"Hacı Şahin bizim bütüm elimizdən gedib. Çox gözəl insan idi. Allah nuru olan bir insan idi, çox kədərli idi. Düzdür, din əhliyik, Allaha inanan insanlarıq, biz bilirik ki, bu dünyanın qaydası belədir. Bir gün gələn bir gün getməlidir. Amma Hacıya olan hörmətimizdən, istəyimizdən o acımızı büruzə veririk. Allah yerini cənnət etsin. Ailəsinə güc-qüvvət, səbr versin. Bu gün buraya toplaşan hər kəs istəyir. Allah ona vermədiyi ömrü balalarına versin. Bu qədər insanın sevgisini bir insan olaraq qazanmaq asan məsələ deyil. Bu, böyük bir şeydir. Hacının şəxsən mənim həyatımda, dinə gəlməyimdə əhəmiyyətli rolu olub. Mən onun xütbələrini dinləyib dini dərk etmişəm. Hacı bizim dinimizi çox düzgün təbliğ edirdi. Bizim dinimizin bütün gözəlliklərini aşılayırdı. Bunu da hər kəs bacarmır. Allah rəhmət eləsin”.

Deputat qeyd edib ki, Hacı Şahin səhhətindəki problemdən heç vaxt danışmayıb:

"Hacının ürək tutması olub. O, o qədər gözəl insan olub ki, sübh namazı vaxtı canını tapşırıb. Ürək tutması qəfil olan bir şeydir. O, ümumiyyətlə, problem bildirən adam deyildi. Mümkün deyildi ki, kiməsə problem desin. Heç vaxt şikayət etməyib. Deməyib ki, nəsə bir ağrım var. İndi ola bilər ailəsinə deyib, amma biz heç vaxt bilməmişik. Onu həmişə gülərüz görmüşük”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Azxeber Media (@azxeber)

0