"Kəndimizdəki məscidi təmir etdirəcəm" - Lotoreyadan 913 min qazanan şəxs - VİDEO

ÖLKƏ
13:53 / 06.03.2023
4309

Xəbər verdiyimiz kimi, Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb. Tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. 


Hit.Az xəbər verir ki, uduş qazanan şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur. O 913 072 manatlıq tarixi cekpotun sahibi olub.
 
Şanslı qalib ATV-də yayımlanan "Zaurla günaydın" verilişinə qonaq olub və qazancı nə edəcəyi haqda sualları cavablandırıb.
 
Kamran Məmmədsəidov deyib ki, qazancından 10 min manatı "YAŞAT Fondu"na, 10 min manatı AFAD-a, 10 min manatı isə Heydər Əliyev Fonduna köçürəcək. 
 
O həmçinin deyib ki, kəndlərində məscidi təmir etdirəcək.

0