Bakıda bu məktəbdə dərsə gecikən şagirdə döşəmə sildirdilər - VİDEO

ÖLKƏ
15:25 / 06.03.2023
971

"Baş verən hadisə onu deməyə əsas verir ki, Elm və Təhsil Nazirliyi məktəblərə nəzarət edə bilmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə dərsə gecikən şagirdə cəza tədbiri olaraq müəlliminin ona döşəmə yuduzdurması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Kamran Əsədov deyib ki, məktəblərdə özbaşınalıq, qaunusuzluq adi hal alıb:

"Son iki il ərzində Azərbaycan təhsil sistemində ciddi şəkildə böhranlı vəziyyət ortaya çıxıb. Hər gün təhsil sistemində məktəbdaxili münasibətlərin düzgün tənzimlənməməsinin şahidi oluruq. Bunlardan biri də Mehdiabadda 4 nömrəli məktəbdə baş verən hadisədir. 2009-cu ildə qəbul edilmiş Təhsil Haqqında Qanunun tələblərinə görə, şagirdlərin hüquqları, eyni zamanda vəzifələri və öhdəlikləri var. Bütün hallarda şagirdlərin hər hansı bir formada məktəb daxilində cəzalandırılması, xüsusi ilə fiziki cəza nəzərdə tutulmur”.

Kamran Əsədov qeyd edib ki, bu ciddi qanun pozuntusuna yol verdiyinə görə, Elm və Təhsil Nazirliyində həmin məktəbin kuratorları da cəzalandırılmalıdır:

"Cəza təkcə məktəb direktoru və müəllimlə bitməməlidir. Şagirdin şəxsiyyəti var. Azərbaycan qanunvericiliyində şagirdin döşəmə silməsi göstərilməyib. Buna görə sərt cəza tədbiri görülməlidir”.

Qeyd edək ki, Bakıda dərsə gecikən şagirdə döşəmə sildirilib. Bu hadisə Mehdiabada 4 nömrəli məktəbdə baş verib. Müəllim isə telefon söhbətində bu cəzanın məktəbdaxili qayda olduğunu açıqlayıb. 

0