Məqsəd Nurun yeni kitabı nəşr edilib

MƏDƏNİYYƏT
16:40 / 07.03.2023
1541
Yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı işıq üzü görüb. 
 
Kitaba müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər",  "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və  "Sınaqlar"  adlı silsilə hekayələri daxil edilib. Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.
 
Xatırladaq ki, "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən üçüncü kitabıdır. Müəllifin "Şəhər Meri" romanı Milli Kitab müsabiqəsinin (2011) qalibi olub. Roman bir neçə ölkədə nəşr edilib. 
 
0