XİN Ermənistanın iddialarına cavab verdi

SİYASƏT
15:20 / 24.03.2023
579

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.

Hİ.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" yazıb.

O bildirib ki, Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

Nazir bildirib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.

0