"Qarabağ" futbolçusu "Qalatasaray"a transfer olunur - Danışıqlar başladı

İDMAN
10:16 / 27.03.2023
1614

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.

"Report" xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: "Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 2019-cu ildən "köhlən atlar"ın formasını geyinən Toral Bayramovun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Ötən ilin yayında da "Qalatasaray"ın gənc oyunçu ilə maraqlandığı iddia olunub. Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün "sarı-qırmızılılar"la matçda iştirak etməyib.

0