Türkiyənin "Qalatasaray" klubu futbolçusu Bafetimbi Qomislə yollarını ayıracaq.
HİT.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 38 yaşlı hücumçunun müqaviləsini uzatmayacaq.
"Sarı-qarmızılar" fransalı oyunçuya yaşı çox olduğu üçün yeni sözləşmə təklif etməyəcək.
Qeyd edək ki, 2022-ci ildə "Qalatasaray"a qayıdan Bafetimbi Qomis 2017/2018 mövsümündə komanda ilə Türkiyə çempionu olub. Müqaviləsi mövsümün sonunda başa çatacaq forvard ötən gün "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə matçında fərqlənib.