Fransa millisinin futbolçusu Olivye Jiru yeni rekorda imza atıb.
Hit.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, hücumçu buna İrlandiyaya səfərdə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə matçında nail olub.
Təcrübəli forvard 2000-ci ildən Fransa yığmasında rəsmi görüşdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Jiru bunu 36 yaş 178-ci günündə bacarıb. O, əfsanəvi müdafiəçi Lilian Tyuramı (36 yaş 164 gün) geridə qoyub.
Qeyd edək ki, Olivye Jiru yığmada 121 oyun keçirib və 53 qol vurub.