Bu gün, martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
Bu barədə Hit.az Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir.
“Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və simvolikdir”, - deyə Zelenski bildirib.
Prezident Fransanın Rusiyanın həm keçmişdə, həm də indiki cinayətlərinin ifşasına verdiyi güclü töhfəyə görə minnətdarlığını bildirib.