"Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır".
Hit.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlimdə deyib.
Onun sözlərinə görə, məcburi əməyə cəlb edilənlər arasında qadınlar olsa da, kişilər üstünlük təşkil edir:
"İnsan alverində məcburi əməyə cəlb edilənlərin əksriyyətini xarici ölkələrdə işləmək adı ilə aparılan kişilər təşkil edir. Cinsi istismara məruz qalanlar isə qadınlardır. Kişilərin cinsi istismara məruz qalması faktı yoxdur".