Çin XİN: "Si Cinpin Ukraynaya gedə bilər"

SİYASƏT
20:45 / 29.03.2023
669

Çin sədri Si Cinpin Ukraynaya gedə bilər.

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninkin deyib.

Onun sözlərinə görə, görüşün konkret tarixi hələ ki məlum deyil, amma Ukrayna Prezidenti Volodimir Zelenskinin təklifi müsbət qiymətləndirilir: “Çin münaqişə tərəfləri, o cümlədən Ukrayna ilə fəal əlaqə saxlayır”.

Qeyd edək ki, Zelenski daha əvvəl Si Cinpini Ukraynaya səfərə dəvət etmişdi.

Xatırladaq ki, Si Cinpin martın 20-də Rusiyaya səfər etmiş və Prezident Vladimir Putinlə görüşmüşdü.

0