Ərdoğan: "İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik”

SİYASƏT
16:54 / 29.03.2023
1041

"İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik”.

Hit.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.

Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.

0