KİV: Ukraynadakı müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Azərbaycana cəlb etdi

İQTİSADİYYAT
10:17 / 31.03.2023
729
Ukraynada müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Norveç, Azərbaycan və Əlcəzairdən mayeləşdirilmiş təbii qazın idxalına və sonra onu istifadəyə yararlı qaza çevirməyə sövq etdi. Hit.az xəbər verir ki, bu barədə İtaliyanın “Reportdifesa.it” portalı yazıb. Qeyd edilir ki, təbii qazın transformasiya prosesinə “Snam” şirkəti cavabdehdir. Şirkət hökumətin sərənması ilə mayeləşdirilmiş qazı yenidən qazlaşdırma terminalının çənlərinə vuracaq “Golar Tundra” tankerini 330 milyon avroya alıb. Keçən il fevralın 21-də Sinqapurdakı Keppel gəmiqayırma zavodunu tərk edən gəmi Piombino limanına gedib, onun illik təkrar qazlaşdırma qabiliyyəti təxminən beş milyard kubmetr qaz təşkil edəcək. Həyata keçirilən layihə enerji böhranından çıxmağa, İtaliyanı Rusiya tədarükünün inhisarından azad etməyə kömək edəcək
0