İtaliya ilə Azərbaycan arasında müdafiə, enerji və təhlükəsizlik və digər sahələr üzrə müzakirə aparılıb.
Bu barədə Hit.az İtaliyanın Müdafiə Nazirliyinin tvitter hesabına istinadən xəbər verir.
Məlumata görə, İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan Respublikasının bu ölkədəki səfiri Rəşad Aslanovu qəbul edib.
Görüşdə regional kontekstdə müdafiə, enerji və təhlükəsizlik, o cümlədən iki ölkə arasında hərbi, sənaye və siyasi əlaqələrin gücləndirilməsi də daxil olmaqla qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirə aparılıb.
Səfir R.Aslanov isə tvitterdəki hesabında İtaliya Respublikasının müdafiə naziri ilə görüş şərəfinə nail olduğunu vurğulayaraq, Quido Krosettoya təşəkkür edib.
“Səmimi qəbula və Azərbaycan ilə İtaliya arasında geniş ikitərəfli əməkdaşlığa dair səmimi fikir mübadiləsinə görə nazirə təşəkkür etmək istəyirəm”, - səfir sosial şəbəkə hesabında yazıb.