“Taliban” orduda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir

11:07 / 31.03.2023
344

“Taliban” Əfqanıstan ordusunda əsgər sayını 200 min nəfərə çatdırmaq niyyətindədir.

Hit.az bu ölkənin Milli Radio və Televiziyasına istinadən xəbər verir ki, bunu Əfqanıstan Silahlı Qüvvələrin baş qərargah rəisi Kari Fəsihəddin Fitrət deyib.

“Biz gələn il orduda əsgər sayını 150 mindən 170 minə, tədricən isə 200 min nəfərə çatdırmaq qərarına gəldik”, - baş qərargah rəisi bildirib.

Ordu rəsmisi, həmçinin ABŞ-ı ölkənin hava məkanını dəfələrlə pozduğuna görə tənqid edib.

Hazırda “Taliban” ordusunda əsgər sayı təxminən 150 min nəfərdir. Ordunun arsenalı 2021-ci ildə “Taliban” tərəfindən ələ keçirilən Əfqanıstan Milli Ordusunun texnikasından ibarətdir ki, bu da ABŞ tərəfindən Kabilə verilib.

0