İngiltərə yüksək liqasında Premyer Liqa adlandırıldığı 1992/1993 mövsümündən bəri ən çox qələbə qazanan komandaların siyahısı açıqlanıb.
İlk “10-luq”da səkkiz klub və iki məşqçi yer alıb.
Siyahıya “Mançester Yunayted” başçılıq edir. “Qırmızı şeytanlar” “Arsenal”dan iki oyun az keçirməsinə baxmayaraq, qələbə sayında onu qabaqlayır.
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyusonun isə bu komandanın sükanı arxasında olarkən əldə etdiyi qalibiyyət sayı cəmi 4 klubdan azdır. Şotlandiyalı mütəxəssis hətta “Mançester Siti” və “Tottenhem” kimi iddialı komandaları da qabaqlayır.
“Arsenal” əfsanəsi Arsen Venger isə 8-ci sıradadır. Fransalı qələbə sayında yalnız 6 elita iştirakçısından geri qalır.
1. “Mançester Yunayted” – 1178 oyun / 718 qələbə
2. “Arsenal” – 1180 / 641
3. “Çelsi” – 1179 / 628
4. “Liverpul” – 1178 / 621
5. Aleks Ferqyuson – 810 / 528
6. “Tottenhem” – 1180 / 517
7. “Mançester Siti” – 989 / 492
8. Arsen Venger – 828 / 476
9. “Everton” – 1180 / 424
10. “Nyukasl” – 1060 / 394