Bakıda cəzaçəkmə müəssisəsinə narkotiki şalvara hopdurulmuş üsulla keçirmək istəyiblər

HADİSƏ
19:42 / 31.03.2023
789

Bakıda cəzaçəkmə müəssisəsinə narkotiki şalvara hopdurulmuş üsulla keçirmək istəyiblər.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gələn qohumunun gətirdiyi sovqata baxış keçirilən zamanı orada olan şalvarın balağının tikiş hissəsinə hopdurulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0