Futbol üzrə İngiltərə Premyer Liqasında XXIX tura start verilib.
Hit.az xəbər verir ki, açılış matçında "Mançester Siti" "Liverpul"u qəbul edib.
"Etihad" stadionundakı qarşılaşma "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin qollarını 27-ci dəqiqədə Xulian Alvares, 46-cı dəqiqədə Kevin De Brüyne, 53-cü dəqiqədə İlkay Gündoğan, 74-cü dəqiqədə Cek Qriliş vurub. Qonaqların heyətində 17-ci dəqiqədə Məhəmməd Salah fərqlənib.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" xallarının sayını 64-ə çatdırıb. Mersisayd təmsilçisi hələlik 42 xalla altıncıdır.