İlin üç ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İDMAN
19:22 / 02.04.2023
644

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ilk üç ayı ərzində milli çempionatlarda ən çox qol vurmuş oyunçuların siyahısını açıqlayıb.

Hit.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın "Fluminense" klubunda çıxış edən argentinalı German Kano 14 qolla birinci pillədə qərarlaşıb.

Braziliyanın "Volta Redonda" komandasından Lele və Kosta Rika "Alahuelense"sindən Cohan Veneqas (hər ikisi 12 qol) 2-3-cü yerləri bölüşdürürlər.

İtaliya "Napoli"sindən nigeriyalı Viktor Osimhen, Türkiyənin "Fənərbağça" klubunun ekvadorlu hücumçusu Ener Valensiya, Hindistanın "Pencap" komandasından sloveniyalı Luka Mayçen və Honkonq "Kitçi"sindən monteneqrolu Deyan Damyanoviç 12 dəfə fərqləniblər.

Qeyd edək ki, araşdırma martın 31-dək baş tutmuş oyunlara əsasən aparılıb.

0