"Fənərbağça" baş məşqçisi ilə bağlı qərar verib

İDMAN
21:45 / 04.04.2023
414
Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Jorji Jezuşla bağlı qərar verib. Portuqaliyalı mütəxəssis komandadakı işini davam etdirəcək. Klubun bazasında İstanbul təmsilçisinin prezidenti Ali Koçla görüşən 69 yaşlı baş məşqçi istefaya göndərilməyəcək. O, Türkiyə Kubokunda "Kayserispor"a qarşı keçirəcəkləri oyunda komandanın sükanı arxasında olacaq. Qeyd edək ki, "Fənərbağça" ötən tur evdə "Beşiktaş"a 2:4 hesabı ilə uduzub. Həmin məğlubiyyətdən sonra Jorji Jezuşun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
0