Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya rəsmi səfərə gedib.
Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmkarı Andjey Duda və digər rəsmi şəxslərlə görüşəcək.
Bu, genişmiqyaslı müharibə başlayandan bəri Zelenskinin Polşaya ilk rəsmi səfəridir.
Liderlərin Ukraynadakı son durumu, həmçinin hərbi dəstəyi müzakirə edəcəkləri gözlənilir.