Çavuşoğlu: "Ukraynada hər iki tərəf hücuma hazırlaşır"

SİYASƏT
18:01 / 05.04.2023
654

“Rusiyalı həmkarım Sergey Lavrovla danışacağım xeyli mövzu var”.

Hit.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, xüsusilə “Taxıl sazişi”nin müddətinin artırılması ilə bağlı müzakirə aparılacaq: “Biz müharibənin ən qısa vaxtda başa çatmasını istəyirik. Amma hər iki tərəf ciddi hücuma hazırlaşır”.

Çavuşoğlu xatırladıb ki, müharibə xüsusilə region ölkələrinə təsir edir.

0