Azərbaycan Avropa Kubokunda 28 cüdoçu ilə təmsil olunacaq

İDMAN
22:17 / 05.04.2023
803

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin aprelin 8-də Çexiyanın Teplitse şəhərində start götürəcək Avropa Kuboku üçün heyəti açıqlanıb. Federasiyadan verilən məlumata görə, 2 gün davam edəcək yarışda ölkə 14 çəki dərəsində 20 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət kollektivin məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək. İdmançılar 10-11 apreldə isə Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar. Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "B" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

0