İranda 74 yaşlı rejissor intihar edib

MƏDƏNİYYƏT
19:07 / 06.04.2023
860

İranın Gilan əyalətinin Ənzəli şəhərində tanınmış rejissor, 74 yaşlı Kiyumərs Purəhməd intihar edib.

Hit.az “İran İnternational”a istinadən xəbər verir ki, əyalət prokurorluğu faktı təsdiqləyib.

Gilan əyalət prokuroru Mehdi Fallah Miri deyib ki, hadisə yerinə xüsusi işlər üzrə müstəntiq göndərilib: “Müstəntiq rejissorun intihar etdiyi qənaətinə gəlib”.

“Şaxta” kinojurnalının redaktoru Huşanq Gülməkaniyə rejissorun depressiya və ümidsizlik səbəbindən intihar etdiyini yazıb: “Ümidsizlik və gərəksizlik. Çox dəhşətli, inanılmaz, dəhşətli və şokedici hadisədir”.

İranın tanınmış jurnalisti Nuşabəx Əmiri tviterdə yazıb ki, K.Purəhməd zalım İslam Respublikası tərəfindən qətlə yetirilib: “Bəli, onu öldürüblər”.

Rejissorun yaxınları bildirib ki, o, ölkədə baş verənlərdən və mövcud vəziyyətdən sarsılmışdı.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi mənbələr onun ürək çatışmazlığından vəfat etdiyini açıqlamışdı.

0