Bakıda ana həbsdəki oğluna narkotik ötürmək istəyib

HADİSƏ
15:20 / 07.04.2023
654

Bakıda ana həbsdəki oğluna narkotik ötürmək istəyib.

Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Aqil oğlu Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Abşeron rayon sakini Sevinc Əbülfəz qızı Musayevanın üzərinə baxış keçirilən zaman gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metanfetamin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

0